Əlaqə Arxiv
news Image
2014.05.05
16:57
| A A A
Dispanserizasiya başa çatdı-95 min 521 paytaxt sakinində xəstəlik aşkarlandı

Paytaxtda əhalinin dispanserizasiyası ilə bağlı keçirilən tədbirlər başa çatıb. Movqe.az-a açıqlamasında Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev bildirib ki, paytaxt əhalisinin 1 milyon 249 mini tibbi müayinədən keçib: "Tibbi müayinədən keçən Bakı şəhər sakinlərindən 95 min 521 nəfərdə xəstəlik aşkarlanıb".

R. Nağıyev bildirib ki, dispanser qeydiyyata 21 min 815 nəfər götürülüb. 5 min 292 nəfər paytaxt sakini isə xəstəxanaya yerləşdirilib. Dispanser qeydiyyata götürülülən  4 min 130 nəfər sağalaraq evə buraxılıb. R. Nağıyev paytaxt sakinlərində aşkarlanan xəstəliklərin əsasən əsəb-sinir sistemi, həzm mədə-bağırsaq,  göz, tənəffüs yolları xəstəlikləri olduğunu söyləyib: "Paytaxtda yaşayan əhali arasında dispanserizasiyada iştiraka xüsusi fəallıq nümayiş olunub. Bakı sakinləri tibbi müayindən keçərək sağlamlıqları barədə məlumatlandırılıblar. Eyni zamanda məsləhət alıblar. Bakıda əhalinin dispanserizasiyası yüksək səviyyədə başa çatdırılıb. Son statistik rəqəmlərə görə, bu tədbir çərçivəsində paytaxt sakinlərinin 80 faizi dispanserizasiyadan keçib".

Sizin Reklam Yeriniz