Kəmaləddin Heydərovun yeni müavinləri təyin edildi
Prezident İlham Əliyev Fövqəladə hallar naziri
Kəmaləddin Heydərovun müavinlərinin sayının artırılması ilə bağlı
sərəncam verib. Movqe.az xəbər verir ki,
Prezident Adminstrasiyanın rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur
Mehdiyev Kəmaləddin Heydərovun müavini təyin
edilib. Prezidentin digər sərəncamı
ilə isə T.Mehdiyevə general-mayor ali hərbi rütbəsinin
verilib. Qeyd edək ki, Teymur Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur. O,
bu təyinatadək Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini
vəzifəsində çalışıb.Daha öncə isə mədəniyyət və turizm nazirinin
müavini olub.