"Televiziya kanallarında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış Bədii Şuraların çoxunda rəhbər şəxslər təmsil olunurlar. Bu düzgün deyil. Biz telekanallara tövsiyyə vermişik ki, Bədii Şuraların tərkibində sırf dilçi mütəxəssislər olsun".
Bu sözləri Movqe.az-a açıqamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəriToğrul Məmmədov söyləyib. T. Məmmədov bildirib ki, telekanalların mütləq əksəriyyətində Bədii Şuralarda rəhbər şəxslərin təmsil olunması bu Şuraların bəzi hallarda fəaliyyətsizliyinə gətirib çıxardır: "Telekanallarda yaradılmış Bədii Şuralarda sırf dilçi mütəxəssislər təmsil olunmalıdır. Biz bütün telekanallara bunu tövsiyyə etmişik. bu yaxınlarda "Xəzər" telekanalında Bədii Şura üzvləri ilə görüş keçirdik. "Xəzər" televiziyasındakı vəziyyət ürəkaçandır, bizi qane etdi. Amma təəssüf ki, digər telekanallarda Bədii şuraların fəaliyyəti hələ lazımi səviyyədə deyil".
T. Məmmədov Bədii Şuraların vəziyyəti ilə bağlı növbəti görüşün "Space" kanalında olacağını söyləyib".
Qeyd edək ki, telekanallarda Bədii Şuralar ölkə başçısının 9 aprel 2013-cü tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq yaradılıb. a