Nazir: "Mobil operatorlar tarifləri aşağı salacaq"
"Mobil operatorlar arasında qiymətlər ucuzlaşacaq.
Bu məsələ ilə bağlı operatorlar arasında danışıqlar başa çatma
mərhələsindədir".
Movqe.az -ın məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, mobil operatorların nümayəndələri ilə yenidən görüş keçirilib. Nazir qeyd edib ki, bu məsələ ilə bağlı operatorlar arasında danışıqlar başa çatma mərhələsindədir: "Onları yanvarın kollegiya iclasının qərarları ilə tanış etdik. İndi gələcəyə daha optimist baxıram. Çünki onlar ucuzlaşdırılmış vahid operatorlar arası qiymət üzrə danışıqları yekunlaşdırırlar. Bundan sonra onların imkanı olacaq ki, qiymətləri müəyyən qədər aşağı salsınlar. Qiymətlər bazar üzrə müəyyənləşir. Operatorlara çox təzyiq etmək olmaz. Qiymətlərin həddindən çox aşağı salınması inkişafa müəyyən qədər təsir göstərir. Qiymətlərin müəyyən qədər aşağı salınması üçün imkan var".
Əli Abbasov qeyd edib ki, ümumilikdə Azərbaycanda mobil rabitə tarifləri bazarın reallıqlarına uyğundur və onlara təsir göstərmək olmaz. Nazirin sözlərinə görə, bu, sözügedən sahənin inkişafına mənfi təsir göstərə bilər.