Şimali Koreya lideri Kim Jong-unun keçən yanvar ayında itlərə yedirdərək edam etdirdiyi deyilən əmisinin bu dəfə də ölmədiyi iddia edilir. Movqe.Az xəbər verir ki, iddianın sahibi isə, Kimin yaxın dostu NBA ulduzlarından Dennis Rodmandır. Rodman, ABŞ mərkəzli maqazin saytı "DuJour"a verdiyi reportajda, onun həyatda olduğunu və hətta son ziyarətində qatıldığı fəaliyyətlərdə iştirak etdiyini söyləyib.
Halbuki, edamın şəkli deyilməsə də Şimali Koreya rəsmi agentliyi, Jang Song Thaekin rejimə xəyanət etdiyi səbəbiylə edam edildiyini bildirmişdi. Digər tərəfdən, son Şimali Koreya ziyarətindən sonra təyyarədən enər kimi prixoloji çöküntü və spirt asılılığı səbəbiylə müalicə altına alınan Rodmanın bu iddiası heç bir rəsmi orqan tərəfindən təsdiqlənməyib.