Əlaqə Arxiv
news Image
2014.05.06
19:14
| A A A
Heydər Əliyev Fondunun 10 illiyi ilə bağlı tədbir keçirildi

Nərimanovda Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə bağlı fiziki və əqli məhdudiyyətləri olan uşaqlar üçün bayram tədbiri keçirilib. Movqe.az-a Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, RİH-in təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, rayon rəhbərliyi və rayon ərazisində yerləşən təhsil müəssisələrinin müəllim və şagirdləri, şəhid ailələrinin və qaçqın və məcburi köçkün ailələrin uşaqları iştirak edib. Rayonun icra başçısı Abdin Fərzəliyev 10 il əvvəl yaranan Heydər Əliyev Fondunun misilsiz xidmətləri barədə söz açaraq fondun cəmiyyətin ən müxtəlif sahələrində yüksəliş və tərəqqiyə xidmət edən çoxşaxəli fəaliyyətinin əsasında insanlara təmənnasız yaxşılıq amalının dayandığını bildirib: "Bu fondunun məqsədi Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Fond mərhum prezidentin ideyalarından çıxış edərək ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Qarşıya qoyduğu bu kimi məqsədlərlə cəmiyyətin mənəvi yüksəlişinə, saflaşmasına çalışan fond nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazanıb".

İcra başçısı daha sonra bildirib ki, yüksək təşəbbüskarlığı ilə milli mədəniyyətin inkişafına layiqli töfhələrini verən Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəal təşəbbüsləri həm də Azərbaycanın dünya miqyasında tanınmasına xidmət edir: "Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur".

Tədbirdə daha sonra o qeyd edib, bu Fondun ölkəmizdə gördüyü nəhəng işlərin bir hissəsi Nərimanov rayonu ilə bağlıdır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Kor və zəif görən Uşaqlar üçün Respublika internat məktəbinin, onun nəzdində musiqi məktəbinin, Zərifə Əliyeva adına uşaq bağçasının, 6 saylı uşaq poliklinikasının, "Ankara" məktəbinin, Psixonevroloji uşaq evinin yeni tikilən korpusunun, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin və məktəb kompleksinin açılışları Mehriban Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının bariz nümunəsidir. A.Fərzəliyev Fond tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı sosial və humanitar layihələrdən də danışıb. Tədbirdə çıxış edən Milli Məclisin deputatları qeyd ediblər ki, Heydər Əliyev Fondunun paytaxtımızda təşkil etdiyi beynəlxalq tədbirlərin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Qeyd edək ki, tədbirin bədii hissəsi tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib. Tədbirdə iştirak edən uşaqlara bayram münasibətilə hədiyyələr verilib.

Sizin Reklam Yeriniz