Əlaqə Arxiv
news Image
2014.05.10
20:00
| A A A
Erməni fitnəsinin iflası (VİDEO)
Ermənilərin Tiflisdə Şuşanın işğalını həsr olunmuş geniş konsert proqramı keçirmək cəhdi müvəffəqiyytəsizliyə uğradı. Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Gürcüstanın rəsmi qurumları konsertin nəinki mayın 8-də, hətta mayın 9-da da keçirilməsinə imkan verməyiblər. Buna görə də təşkilatçılar məhəlli bir tədbir keçirməli olublar. 

Erməni icmasının Şuşanın işğalı ilə bağlı qələbə konserti əvvəlcədən planlaşdırıldığı kimi, Tiflisin "Art hall" məkanında deyil, ermənilərin kompakt yaşadığı Avlabari rayonunda baş tutdu. 

Burada da tədbir əvvəlcədən planlaşdırıldığı kimi genişmiqyaslı deyil, məhəlli xarakter daşıyırdı. Konsertə üzərində Qondarma Dağlıq Qarabağın bayraqları əks olunmuş xüsusi geyimlərdə məktəblilərdə qatılmışdı. Konsertin 9 May "Qələbə günü" ilə bağlı olduğu elan edilsə də bununla əlaqəli heç bir şüar yox idi. Daha sonra isə təşkilatçılar çəkilişi qadağan etdilər.

Bir qrup azərbaycanlı və gürcüstanlı tələbələr isə Gürcüstan Xarici İşlər Naziriyinin qarşısına toplasaraq ermənilərin Tiflisde Şuşanın işgalını bayram kimi qeyd etməsinə qarşı etiraz aksiyası keçirdilər. Gənclər Gürcüstanda təxribata yox, Qarabağa uzanan əllər məhv olsun kimi şüarlar səsləndirdilər. 

Qeyd edək ki, Gürcüstanda yaşayan ermənilər əvvəlcə mayın 8-də, daha sonra isə 9-da böyük konsert keçirməyi planlaşdırırdılar. Azərbaycanın, Gürcüstanda yaşayan azərbaycanlıların müdaxiləsi ilə bunun qarşısını aldı. 


Sizin Reklam Yeriniz