Yeraltı məscid tikildi (FOTO)
Türkiyədə yeraltı məscid inşa
edilir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İstanbulda memar Əmrə Apolatın layihəsi əsasında tikilən məscid, çox insanların marağına səbəb olub. Şəhərin kənarında yeləşən Böyükçekmece qəsəbəsindəki yerin altından çıxan boz dördkünc çıxıntını ilk dəfə görənlər, onun məscid olduğunu həmin an anlamaya bilərlər.
Tikili ilk baxışda sənaye müəssisəsini xatırladır, ancaq yaxına gələndən sonra, boz daşın üzərində yazılan "Allahu əkbər" kəlməsini görərkən, bu tikilinin adi obyekt olmadığının fərqinə varırsan.
Torpağın altından boylanan minərinin yuxarısından aşağıya gedən pilləkənlər və üfiqi eyvanlar Aralıq dənizi sahillərindəki zeytun və meyvə bağlarını xatırladır. Məscidin ərazisində 1 ədəd qocaman zeytun ağacı əkilib. Məscidin içərisindəki sadəlik və genşlik insana xüsusi rahatlıq gətirir. Maraqlı memarlıq xüsusiyyətlərindən biri də odur ki, məscidin divarlarında dekorativ və mozaikalı plitələrdən, naxışlı xalçalardan istifadə olunmayıb.
Məsciddə yeganə bəzək elementi sayılan görüntülər Müqəddəs Qurandan olan surələrdir ki, o da künc divarlara qara şüşə ilə həkk olunub. Mərkəzi divarın arasındakı hücrədən gələn gün işığı, günortalar otağı işıqlandırır. İşıqın gələn istiqaməti də bir başa Məkkəni göstərir.
Məsciddə qadınlar üçün də xüsusi hissə nəzərdə tutulub. Bu hissə isə yad gözlərdən tam uzaqdır. Namaza gələn qadınları kimsə görmür.
Memar Əmrə Apolat deyib ki, "Sançaklar" adlandırdığı məscidin yeni bir üslubda ərsəyə gətirməsində məqsədi, peyğəmbərə mağarada Tanrıdan gələn vəhy məqamı olub. Ona görə də bu məscidi mağara kimi tikib.