Əlaqə Arxiv
news Image
2014.05.11
18:06
| A A A
Azərbaycan karateçiləri uğur qazandılar
Qətər Əmirliyində 3-cü beynəlxalq turnir başlanıb.

Movqe.az-ın Azərbaycan Milli Karate Federasiyası mətbuat xidmətindən aldığı məlumata görə, Azərbaycan karateçiləri Qətər Əmirliyinin paytaxtı Dohada 3-cü beynəlxalq turnirin ilk yarış günündə 3 medala sahib olublar. 

Yarışa dəvət alan milli komandamızın 7 üzvündən Firdovsi Fərzəliyevlə (-60 kq) Tural Ağalarzadə (-67 kq) fərdi kumite turnirinin qalibi olublar. 

Tural Balcanlı fərdi kata nümayişində yüksək performans nümayiş etdirməsinə baxmayaraq, hakimlərin qərəzli qərarı ilə gümüş medala layiq görülüb. 

Tatamiyə çıxan digər idmançımız Nuranə Əliyeva (-50 kq) isə təəssüf ki, son anda yarışı mükafatsız başa vurmağa məcbur olub. Mükafatlandırma mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da iştirak edib.

Qeyd edək ki, yarışda 18 ölkədən 200-dən artıq idmançı iştirak edir.

Kata

Tural Balcanlı

1/4 final. İordaniya 5:0
1/2 final. Qətər 5:0
Final. Qətər 1:4


Kumite

Firdovsi Fərzəliyev (-60 kq)

1/4 final. Qətər Əmirliyi 4:2
1/2 final. İordaniya 7:1
Final. Türkiyə 4:1


Tural Ağalarzadə (-67 kq)

1/8 final. Fransa 6:3
1/4 final. Macarısatn 2:1
1/2 final. Türkiyə 5:1
Final. Tunis 6:2


Nuranə Əliyeva (-50 kq)

1/4 final. Fransa 7:1
1/2 final. Türkiyə 0:2
Bürünc medal uğurunda - Tunis 4:6

Bu gün Asiman Qurbanlı (-84 kq), Şahin Atamov (+84 kq) və Fəridə Abiyeva (-68 kq) turnirə qatılacaqlar.



Sizin Reklam Yeriniz