Əlaqə Arxiv
news Image
2014.05.11
14:05
| A A A
Bakıda ər arvadını və özünü bıçaqladı
Binəqədi rayonu ərazisində ər arvadına və özünə bıçaqla xəsarət yetirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı şəhər, Binəqədi rayon sakini Məhəmməd Rufullayev yaşadığı evdə həyat yoldaşı Nuranəyə, sonra isə özünə bıçaqla xəsarət yetirib. 
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Binəqədi rayonunda başqa bir bıçaqlanma hadisəsini isə Zəngilan rayon sakini Bayram Sətdarov törədib. O, Nəbi Qurbanova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurub. Sətdarov Binəqədi Rayon Polis İdarəsi 6-cı bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Sizin Reklam Yeriniz