Yeni rektordan universitetdə yenilik
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
"qaynar xətt" fəaliyyətə başlayıb. ADİU-nun mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə,
"Qaynar xətt"lə əlaqə saxlamaq üçün Təhsil Nazirliyinin 146 "qaynar
xətt"ini, sonra azərbaycan dili üçün 1 düyməsini və operatorun sizə
təklif etdiyi 3 nömrəsini yğımaqla ADİU haqda olan bütün şikayət və
təklifləri bildirmək mümkündür. "Qaynar
xətt"in yaradılmasında əsas məqsəd təhsil prosesində şəffaflığı
təmin etməkdir.ADİU-nun "qaynar xətt"i
həftə içi hər gün saat 09.00-dan 18.00-dək bütün zəngləri qəbul
edir.