“Elektron hökumət” portalına daxil olanların sayı 341 776 nəfərə çatdı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
(RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına
daxilolmaların növbəti statistikasını təqdim edib. Statistik uçotun
aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin aprel
ayının 30-a qədər portala daxil olanlar haqda toplanan məlumatlar
göstərir ki, portala ümumilikdə 623078 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 341 776 nəfər olub. Belə
ki, 341 776 nəfər ümumən 623 078 dəfə portala baxıb və 1 084 452
elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 2 216 920 dəfə
müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt
ortalama 5 dəqiqə 02 saniyə olub. Ümumilikdə bu gün
vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla
yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti
artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 55%-ni yeni
istifadəçilər, 45%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Müqayisə üçün aprel ayının statistikasına nəzər salsaq, bu dövrdə
portala 48 483 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin
ümumi sayı isə 26 580 nəfər olub. Həmin şəxslər 190154 olmaqla,
müxtəlif səhifələrə keçid ediblər, 102 127 xidmətə müraciət edib və
portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 01 saniyə təşkil
edib. Aprel ayı ərzində portala müraciət edənlərin 58.4%-ni yeni
istifadəçilər, 41.6%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan
istifadəçilərin sayı bu gün 82844-ə çatıb. Azərbaycan
Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan
istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən
təqdim edilən xidmətlərin sayı 327 ədəd olub.