Şagirdlərin dərsdən yayınmasının qarşısı alınacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən paytaxt
məktəblərində şagirdlərin dərslərdən yayınması məsələsinə aydınlıq
gətiriblər. Movqe.az-ın məlumatına
görə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov bu gün keçirilən sınaq
qiymətləndirilməsi ilə bağlı mətbuat konfransında bildirib ki, Bakı
məktəblərində dərsdən yayınma halları var. Onun sözlərinə görə
şagirdlərin dərsdən yayınma hallarının qarşısını almaq üçün
müxtəlif metodlardan istifadə olunur: "Məktəbdə müəllim peşəkar
olanda belə hallar daha az olur. Təbii ki, şagirdlərin dərsdən
yayınma halları hər zaman olub və bu gün də var. Biz bunu etiraf
edirik. Amma çalışırıq ki, bunu inzibati yollarla yox, təbii yolla
aradan qaldıraq".
Qeyd edək ki, gələn ay Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi keçiriləcək.Sınaq qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq.
Sınaq qiymətləndirmənin keçirilməsi üçün Bakının 4 zonasında 30-dək məktəb müəyyənləşdirilib. Sınaq qiymətləndirmənin keçirilməsində məqsəd hansısa cəzalandırma, sanksiya tətbiq etmək yox, müəllimlərin bilik səviyyəsini artırmaqdır.