Liderlərdən Soma üçün başsağlığı mesajı
Rusiya Dövlət Başçısı Putin, AB Komissiyası Başçısı Barroso və Avropa Şurasının Baş katibi Cagland, Somada meydana gələn mədən faciəsindən sonra başsağlığı mesajı göndərib.
Movqe.Az xəbər verir ki, Rusiya Dövlət Başçısı Vladimir Putin, Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğana, Somada mədən ocağında həyatını itirənlər üçün başsağlığı diləyib.
Kremlin internet səhifəsində nümayiş olunan mesajda Putin, yaranan hadisə səbəbiylə kədərli olduğunu, həlak olanların ailə və yaxınlarına başsağlığı, yaralılara təcili şəfalar dilədiyini bildirib.