“Bandotdel”in rəis müavini işdən çıxarıldı
Daxili işlər orqanlarında daha bir kadr
dəyişikliyi həyata keçirilib. Movqe.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri,
general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovun
tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Nazirin digər
əmri ilə o, Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə
təyinat alıb.Daxili İşlər Nazirliyinin
mətbuat xidmətindən faktı təsdiqləyiblər. Xatırladaq ki, Astara rayon Polis Şöbəsinin rəisi, polis
polkovniki Rəşid Səfərov aprel ayında tutduğu vəzifədən azad
edilərək Daxili İşlər Nazirliyində işlə təmin olunub.