Əlaqə Arxiv
news Image
2014.05.18
18:00
| A A A
Parisdə Azərbaycan tarixi və mədəniyyəti (FOTO)
Mayın 17-də Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində qeyd olunan Avropa "Muzeylər gecəsi" ilə bağlı Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən eksponatlardan ibarət sərgi açılıb.

Movqe.az AzerTac-a istinadən xəbər verir ki , "Açıq qapı" günü altında ilk dəfə təşkil edilən sərgidə qonaqlar xalqımıza məxsus qədim dövrlərə aid qadın və kişi geyimləri, müxtəlif silah növləri, misgərlik və dulusçuluq nümunələri, kiçik həcmli xalçalar, heybələr, xurcunlar, bəzək əşyaları və digər eksponatlarla tanış olublar.

Qonaqlara Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş kitablar, broşürlar və digər əyani vəsaitlər paylanıb.





Sizin Reklam Yeriniz