Beynəlxalq sərgidə Azərbaycanın mobil rabitə bazarını Azercell təqdim edir
Beynəlxalq "Svyaz-Ekspokomm-2014" sərgisində
Azercell Azərbaycanın mobil rabitə bazarını təqdim
edir. "Svyaz-Ekspokomm" – sərgisi on
illiklər boyu Rusiya Federasiyası, MDB və Şərqi Avropa ölkələrinin
telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən
əlamətdar hadisədir. Yeni avadanlıq, texnologiya və ya xidtmət
təqdim etmək və yeni biznes əlaqələr üçün münbit məkan olan bu
sərgi həmçinin müasir həyatın müxtəlif sahələrində innovativ və
rabitə texnologiyalarının tətbiq imkanlarını nümayiş etdirir. 26
ölkədən 554 şirkəti birləşdirlən 26-cı "Svyaz-Ekspokomm" sərgisi
13-16 may tarixlərində keçirilir. Sərgi xidmət və texnologiyaların
geniş spektrini nümayiş etdirir: telekommunikasiya texnologiyaları
və şəbəkələr, informasiya infrastrukturu, rabitə operatorlarının
xidməti, informasiya sistemləri, proqram təminatları və xidmətləri,
informasiya və fiziki təhlükəsizlik üzrə həllər, istehlakçı
alətləri, kontent, media, əyləncə, biznesə dəstək və xidmətlər.
Azərbaycanın mobil rabitə bazarının lider şirkəti olan Azercell
Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi
altında təmsil olunan nümayəndə heyəti tərkibində sərgidə ölkənin
mobil rabitə bazarını təqdim edir. Azercell-in sərgidə nümayiş
etdirdiyi yeniliklərdən biri M2M texnologiyası əsasında yaradılan
xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sanaye
sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə
istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları
bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sanayesi, kommunal
xidmətlər və digər sahələrdə tətbiq olunur. Hal-hazırda
Azərbaycanda M2M texnologiyası yalnız Azercell Telekom şirkəti
tərəfindən təqdim olunur. Bununla bərabər şirkət ölkədə ilk dəfə
tətbiq etdiyi digər yeniliyi - Asan İmza (mobil imza) xidmətini də
nümayiş etdirir. Bu xidmət hər bir mobil abunəçiyə elektron
xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək
imkanını yaradır. Azercell-in fəaliyyəti və yüksək texnologiyalar
əsasında təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər,
həmçinin Rusiya Federasiyanın dövlət nümayəndələri və iri özəl
şirkətlərin də diqqətini cəlb etmişdir.
İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən Azercell ölkəmizin inkişafını həmçinin Azərbaycandan kənarda, digər ölkələrdə də geniş təqdim etməyə davam edir.