Əlaqə Arxiv
news Image
2014.05.19
15:29
| A A A
Bank müdiri barəsində cinayət işi başlanıb

Azərbaycanda bank filialının müdiri barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, "Royalbank" Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 Araşdırmalarla cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri  ilə cinayət işi başlanılıb.  

Hazırda iş üzrə istintaq davam etdirilir.

Sizin Reklam Yeriniz