Azərbaycana Fransadan gətiriləcək yeni avtobuslar
Azərbaycana Fransadan gətiriləcək avtobusların fotoları
yayımlanıb. ANS PRESS-in məlumatına görə, yaxın günlərdə
paytaxt küçələrində tez-tez görəciyimiz avtobuslar lüks dizaynına
görə digərlərindən xeyli fərqlənir.
Qeyd edək ki, 2015-ci ildə Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Fransanın "İveco Bus" şirkətindən "Crealis" markalı 151 yeni avtobus gətiriləcək. Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "İveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb. Bütün avtobuslar Fransanın Annone şəhərində "İveco Bus" fabrikində hazırlanacaq və Burbon-Lansi şəhərində istehsal edilmiş "Iveco Cursor 8 CNG" mühərriki ilə təchiz ediləcək. Avtomobillərin mühərriklərinin texnologiyaları "Avro-4" standartlarına cavab verir.