Nazirin işçilərinə cinayət işi açıldı
Külli miqdarda dövlət vəsaitini israf etmiş
vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa
edilib. Baş Prokurorluğun mətbuat
xidmətindən Movqe.az-a daxil olan xəbərə görə, İmişli rayon
Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin
qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
araşdırılıb.
Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımı qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.