Əlaqə Arxiv
news Image
2014.05.20
18:48
| A A A
Azərbaycanda niyə dərman istehsalına başlanılmır?
Anar Qədirli: "Dərman istehsalı üçün iri şirkətlərin Azərbaycana külli miqdarda sərmayə yatırması lazımdır" Azərbaycanda dərman preparatlarının qiymətində bahalaşma davam etsə də, hələki ölkənin dərman bazarında qiymətlərin ucuzlaşmasına yönəlik tədbirlər görülmür. Dərman preparatlarının qiyməti bazar münasibətlərində tənzimlənən mallar siyahısına daxil olsa da, artıq Rusiyada vəziyyətdən çıxış yolu tapılıb. Bu ölkəyə dərman ixrac edən iri şirkətlərlə aparılan danışıqlar nəticəsində Rusiya dərman istehsalına başlanılıb. Rusiyada dərman istehsalına başlayan şirkətlərin malları yerli bazarda satışa çıxdıqdan sonra Rusiyada dərmanların qiyməti ucuzlaşıb. Bəs görəsən Azərbayaycanda da dərman bazarında qiymət artımının qarşısını almaq üçün bu cür tədbirlər görülə bilərmi? Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, vaxtıilə Azərbaycana dərman ixrac edən müəssisələrlə bu istiqamətdə danışıqlar aparılıb: "Hazırda Azərbaycanda dərman istehsal edilmir. Bir neçə il öncə dünyanın iri dərman istehsalçıları Azərbaycanda dərman istehsalı ilə bağlı ölkəmizə gələrək müşahidələr aparılar. Amma məlum oldu ki, ölkəmizdə dərman istehsalına külli miqdarda vəsait tələb olunur, Bu həmin şirkətlərə sərf etmədiyindən təklif olaraq qaldı. Dərman istehsalı üçün iri şirkətlərin Azərbaycana külli miqdarda sərmayə yatırması lazımdır.

A. Qədirli deyir ki, Azərbaycanda dərman preparatlarının qiymətləri bazar münasibətlərində tənzimlənir. Və həlıki dövlətin qiymətlərə təsir etmək imkanı yoxdur.

Sizin Reklam Yeriniz