Azərbaycanda universitet qiyabi təhsildə yenilik etdi
Azərbaycan Dövlət İqtisad Universitetində qiyabi təhsillə bağlı
yenilik edilib. Universitetin rektorunun mayın 20-də imzaladığı
əmrə əsasən, ali məktəbin bakalavr hazırlığı səviyyəsində qiyabi
təhsil alan bütün kurs tələbələr təhsillərini davam etdirmək üçün
Distant və əlavə təhsil mərkəzinə köçürüləcək. Universitetin
mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, ADİU-da ilk
dəfə reallaşdırılacaq yeniliyin məqsədi qiyabi təhsilin
keyfiyyətini artırmaq, şəffaflığı təmin etmək, idarəetməni
təkmilləşdirməkdir. Bu dəyişiklik bütün ixtisaslar üzrə qiyabi
təhsilin tədris plan və proqramlarının vahid mərkəzdən idarə
edilməsini təmin edəcək. Bu günə qədər ADİU-da qiyabi təhsil
fakültələrin nəzdində tədris olunurdu. Nəticədə qiyabi təhsilin
səmərəliliyinə kifayət qədər diqqət ayrılmırdı. Bundan sonra qiyabi
təhsil alan bakalavrlar təhsillərini Distant və əlavə təhsil
mərkəzində davam etdirəcəklər.
Hazırda ADİU-da 3 minədək tələbə qiyabi təhsil alır.
Hazırda ADİU-da 3 minədək tələbə qiyabi təhsil alır.