Əlaqə Arxiv
news Image
2014.05.22
10:45
| A A A
NATO-nun iclası keçirildi
İclasın gündəmi Ukrayna Rusiya münasibətləri olub

Belçikanın paytaxtı Brüsseldə NATO təşkilatı hərbi komitəsinin iclası keçirilib. İclasda gözlənildiyi kimi Ukrayna Rusiya münasibətləri əsas gündəm təşkil edib. İclasa qatılan generallar Rusiyanın Ukraynaya qarşı təzyiqlərini təndiq ediblər. Danimarkalı general Knud Bartels Rusiyanı NATO-nun şərqi Avropa qolu üçün ciddi təhlükə mənbəyi hesab etdiyini bildirib.


"NATO Rusiya ilə Ukrayna arasındakı problemlərin siyasi yolla həllini dəstəkləməyə davam edəcək. Bununla belə, təşkilatımız kütləvi şəkildə müdafiə olunmaq öhdəliklərinə də sadiq qalacaq". 


Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden də Rusiyaya növbəti dəfə xəbərdarlıq edib. Rumıniyanın paytaxtı Buxarestdə çıxışı zamanı Bayden qeyd edib ki, Rusiya Ukraynada keçiriləcək prezident seçkilərinə müdaxilə etməməlidir.


"Ukrayna hökumətinin ölkənin cənub və şərq regionlarında yürütdüyü siyasəti alqışlayırıq. Bazar günü Ukraynada seçkilər keçiriləcək. Bu, ukraynalıların öz gələcəklərini müəyyən etməsi üçün yaxşı fürsətdir. Hər kəs Ukraynada stabilliyin və davamlılığın bərpa olması üçün əlindən gələni etməlidir. Ukrayna xalqı Rusiyanın seçkilərə müdaxiləsinə icazə verməməlidir. Əks halda isə, Rusiya öz hərəkətlərinin nəticələrinə qatlaşmalı olacaq". 


Bir qədər əvvəl Amerika hökuməti Rusiyanın regionda yürütdüyü zorakı siyasəti ilə əlaqədar rəsmi Moskvaya qarşı sanksiyaları gücləndirmişdi.

Sizin Reklam Yeriniz