McDonalds-ın 100-dən çox işçisi tutuldu
Öz haqlarını tələb etmək McDonalds-ın işçilərinə baha başa gəlib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ-ın İllinoys ştatında, şirkətin mənzil-qərargahının qarşısında etiraz aksiyası keçirən işçilərdən 100-dən çoxu polis tərəfindən saxlanılıb.
Aksiyaçılar polis tərəfindən qurulmuş barrikadanı yardıqdan sonra saxlanılıblar.
Assosiated Press-in məlumatına görə, işçilər əmək haqlarının az olmasına etiraz edirdilər.