Əlaqə Arxiv
news Image
2014.05.23
13:37
| A A A
"Təbii fəlakətlər Konçitanın günahıdır"

Balkanların kilsə rəhbəri saqqalı transseksual Konçita Vürstü bu ay baş verən və 50 nəfərin ölümü ilə nəticələnən daşqınlar səbəbindən təqsirləndirib. Bu haqda Movqe.Az "DailyMail"ə istinad edir. Əsl adı Tomas Neuvörts olan Avstriyalı müğənni 2014-cü ildə baş tutan Eurovision mahnı müsabiqəsindən sonra tanınmışdı. Lakin hələdə, çoxsaylı kilsə rəhbərləri Balkanlarda meydana gələn və 150.000 nəfəri evsiz qoyan daşqınlardan Konçitanı günahkar bilir, onun qələbəsini Allahın Balkan xalqına verdiyi cəza kimi görür, daşqınların səbəbinin bu qələbə olduğunu düşünür. Monteneqro partriarxı Amfilohije "e.novine" internet saytına belə deyib : "Bu daşqınlar təsadüfi deyil, lakin bir xəbərdarlıqdır. Allah yağmurları göndərməklə insanlara pis tərəfə qoşulmamalarını xatırladır". Şərqi Ortodoks Patriarxı İrenej isə : "son fəlakətlər onların pis vərdişlərinin cəzası idi. Allah yağışı göndərməklə Serbiyanın günahlarını yudu" deyib.  

Sizin Reklam Yeriniz