Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) III qurultayı keçirilib. Azərbaycan Həmkarlar İttifaqının mətbuat xidmətindən movqe.az-a verilən xəbərə görə, qurultayın açılış mərasimində BHİK-in prezidenti Jau Felisio, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer, Birləşmiş Millətlər Təşkilatını təmsil edən BMT-nin inkişaf proqramının administratoru Helen Klark və digərləri çıxış ediblər.Qurultayda həmkarlar ittifaqları üzvlərinin sayının artırılması çərçivəsində korparativ strategiyalar, regional məqsədlər, milli strateji kampaniyalar, qeyri-formal sektor və gənclər mövzusunda məsələlər, dayanıqlı iş yerləri, davamlı gəlir və sosial yardım çərçivəsində məşğulluq, kollektiv danışıqlar, sosial müdafiə, pensiya gəlirləri, əmək fəaliyyətində qadınların rolu və s. məsələlər, hüquqların reallaşdırılması çərçivəsində risk zonasında yerləşən ölkələr üçün BHİK-in proqramı, əməkçi miqrantların və yerli millətlərin təşkilatlandırılması, qadınlara qarşı zorakılıq, əməyin mühafizəsi məqsədilə təşkilatlanma, qeyri-standart məşğulluq və digər məsələlər müzakirə olunub.Qurultayda Azərbaycan Həmkarlar İttifaqların nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev məruzə ilə çıxış edib.Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfedrasiyasının rəhbər orqanları seçilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S. Mehbalıyev qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezitenti seçilib.