Əlaqə Arxiv
news Image
2014.05.24
10:14
| A A A
Türkiyə prezidenti ABŞ-a gedir
Türkiyə prezidenti Abdullah Gül oğlu Mehmet Əmrə Gülün oxuduğu Harvard universitetində diplomların təqdimetmə mərasimində iştirak etmək ABŞ-a gedir. 

Movqe.az Anspress-ə istinadən xəbər verir ki ,, prezident mayın 28-də ABŞ-ın Boston şəhərinə yola düşəcək. 

Dövlət başçısının xanımı Xayrünnisə Gül və oğlu Mehmet Əmrə Gül ilə birlikdə Harvard universitetinin diplomlarının təqdimetmə mərasimində iştirak edəcəyi gözlənilir. 

Prezident Gül həmçinin Türkiyə və regionda hadisələrin inkişafı barədə universitetin tələbələrinə mühazirə oxuyacaq. 

Türkiyə Prezidenti səfəri çərçivəsində ABŞ-ın aparıcı şirkətlərinin rəhbərlərini qəbul edəcək və Bostondan olan türk alimləri ilə görüş keçirəcək.

Abdullah Gül və ailəsi mayın 31-də Türkiyəyə qayıdacaq.
Sizin Reklam Yeriniz