“Facebook”da möhtəşəm dəyişiklik (FOTO)
Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook"
gizlilik nizamlarında yenidən dəyişikliyə gedir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkə saytı olaraq bilinən "Facebook" istifadəçilərinin tez-tez şikayətləndiyi gizlilik nizamlarına yenidən göz gəzdirməli olub.
İlk mərhələdə uzun müddətdir ki, "Facebook"a yeni üzv olanlar hər hansı bir şey paylaşanda '"Public" ("Hamıya açıq") formatında yayımlanırdı. Yəni nizamları özümüz dəyişməsək, paylaşdıqlarımızı hamı görürdü. Xüsusilə, "Facebook"da yeni qeydiyyatdan keçən üzvlərin parametrlərdən bixəbər olduğu üçün "hamıya açıq" paylaşımlar etdiyini bilməməsinə görə "Facebook"a irad tutulurdu.
Son dəyişikliklərə əsasən yeni üzvlərin paylaşımları avtomatik olaraq "Friends" ("Dostlar") formatında yayımlanır.
Gizlilik nizamlamalarındakı başqa bir dəyişiklik isə istifadəçilərin məzmun paylaşarkən daha diqqətli olmalarını təmin edir. Məsələn bir məzmun paylaşdıqda ekrana gələn xəbərdarlıq pəncərəsi, sizə "bu paylaşımı kimlər görsün istəyirsiniz" sualını yönəldir.
Bu xüsusiyyətin çox yaxında bütün istifadəçilərə təqdim edilməsi gözlənilir.