Türkiyənin tanınmış model və aparıcısı Çağla
Şikəl oğulları ilə birgə futbol oynayıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
atası azərbaycanlı olan, türkiyəli model Çağla Şikəl ötən gün
alış-veriş mərkəzlərindən birindəki uşaq şəhərciyində gəzərək
əyləniblər. Model övladlarının ürəyincə istirahət etməsi üçün
əlindən gələni edib.
Uşaq şəhərciyində oyuncaq mağazasından oğullarına
top alan Çağla sonra onlarla birlikdə futbol
oynayıb.
Mini əlbisəsi ilə top qovan model oğulları Kuzey
və Uzayla uşaqlıq illərinə geri dönüb.
"Futbol bizim evdə də ən sevimli oyunumuzdur.
Oğlan uşaqlar olduqdan sonra futbol oynamamaq mümkünsüzdür. Mən də
artıq ustalaşmışam" - deyə, Çağla Şikel bildirib.
Qeyd edək ki, model Çağla Şikəl tanınmış müğənni
Emre Altuğla evlidir.