Əlaqə Arxiv
news Image
2014.05.26
11:36
| A A A
Musa Quluzadənin 75 illik yubileyi keçirildi

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmyerlimiz

Musa Nizam oğlu Quluzadənin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir .


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV QEYD EDİRİK Kİ, 22 APREL 2014-CÜ İLDƏ, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına "Əməkdar Müəllim" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Fəxri ad alanlar arasında Masallı rayon Xıl kəndində anadan olan gözəl insan və həmyerlimiz Quliyev Musa Nizam oğlu da vardır.


Musa Quluzadə (Musa Nizam oğlu Quliyev) 

1939-cu il mayın 20- də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində dünyaya göz açan Musa müəllim ömrü boyu həyatın və elmin çətin yollarında zəhmətə , əməyə böyük dəyər verib və bu dəyər onun bütöv bir şəxsiyyət kimi formalaşmasına öz təsirini göstərib .

Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən yeniyetmə Musa əvvəlcə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisadiyyat fakültəsində təhsil alıb. 


Yüksək göstəricilərlə təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Daha sonra həmin dövrün ən sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlayan Musa müəllim sonradan muzeyin elmi işlər üzrə direktor müavini olub. 


Elmi iş üzərində çalışan Musa müəllim ADU-da tələbələrə tarix fənnini tədris edib. Bir müddət Bilik cəmiyyətində sədr müavini işləyib.


1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (əvvəlki adı Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu) tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Hazırda akademiyada aspirantura , doktorantura şöbəsinin müdiridir .

Qeyd edək ki, 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan dostumuz, əsl ziyalı, əsl azərbaycanlı, və ən nəhayət əsl masalılı Musa müəllim bu gün artıq 12-dən çox bədii kitabın müəllifidir. 





Sizin Reklam Yeriniz