Əlaqə Arxiv
news Image
2014.05.27
12:28
| A A A
Cəlilabadda 16 yaşlı oğlan su bəndində boğulub

Azərbaycanın Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Privolnı kəndi ərazisində qeydə alınıb. Yardımlı rayon sakini, 16 yaşlı Zakir Heybər oğlu Ağayev qoyun otararkən ehtiyatsızlıqdan yaxınlıqdakı su bəndinə düşərək boğulub. 

 

Onun meyitini çıxarmaqdan ötrü Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

 

Qeyd edək ki, Z.Ağayev bir neçə gün öncə Privolnı kəndində yaşayan bacısının evinə qonaq gəlibmiş.

Sizin Reklam Yeriniz