Əlaqə Arxiv
news Image
2014.05.27
21:15
| A A A
Britaniyalı deputat ASAN Xidmət-dən danışdı
"Bizim səfərimiz iki ölkə arasında iqtisadi, siyasi, mədəni münasibətləri daha gücləndirməyə xidmət edir”.

Bunu Avropa Azərbaycan Cəmiyyətinin dəvəti ilə Bakıda səfərdə olan Böyük Britaniya deputat nümayəndə heyətinin başçısı, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pincer deyib.

 

O qeyd edib ki, səfər zamanı ASAN Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar: "Bu konsepsiya bizdə çox gözəl təəssürat oyatdı. Sivili xidmətləri bir yerə yığmaq, xırda korrupsiyanın qarşısını almaq ideyası, effektivliyi artırmaq və xidmətlərin daha tez həyata keçirilməsi çox gözəl ideyadır. 5-6 il ərzində mən demək olar ki, hər il Bakıya gəlirəm. Ölkənizdə gedən inkişafı izləmək imkanım var. Yeni yollar, binalar və s. çox gözəldir. Şəhəriniz ildən-ilə inkişaf edir. Azərbaycan qaz və neft mərkəzinə çevrilir. Ölkəniz son 10 ildə çox inkişaf edib, bu inkişaf getdikcə sürətlənir".

Sizin Reklam Yeriniz