Azərbaycanda daha bir jurnalist azadlığa buraxıldı-Eksklüziv
2010-cu ildə həbs edilən və 5 il müddətinə
azadlıqdan məhrum edilən "Ekspress" qəzetinin sabiq əməkdaşı Elman
Malıyev azadlığa çıxıb. Movqe.az-a bu barədə eksklüziv məlumatı
iqtisadçı, ekspert Qadir İbrahimli verib. Q. İbrahimli
bildirib ki, E. Malıyev azadlıığa məhkəmə qərarı ilə çıxıb:
"Jurnalist nümunəvi davranışına görə, cəzasının yerdə qalan
hissəsindən azad edilib".
Movqe.az-a danışan E. Malıyev hazırda azadlıqda
olduğunu onun azadlığa çıxmasına dəstək olan bütün həmkarlarına,
başda Qadir İbrahimli olmaqla hərkəsə minnətdar
olduğunu, "Konstitusiya" Araşdırmaları Fondunun
rəhbəri Əliməmməd Nuriyevə təşəkkür etdiyini söyləyib: "İndi
ailəmin yanındayam. Mənə dəstək olan, həbsdə olduğum müddətdə məni
tək qoymayan bütün həmkarlarıma minnətdaram".
E. Malıyev bundan sonra jurnalist fəaliyyətini davam etdirəcəyini söyləyib. Qeyd edək ki, "Ekspress" qəzetinin sabiq kriminal yazarı Elman Malıyev 2010-cu ilin iyununda tutularaq, 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham ediblər.