Milli Məclis 110 bələdiyyəni ləğv etdi
Mayın 30-da Milli Məclis bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması layihəsinə baxıb. Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir.
Movqe.az-ın məlumatına görə, Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonları üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən rayonları üzrə 2, Fizuli rayonu üzrə 3, Goranboy, Quba, Şəmkir, Tərtər rayonları üzrə 4, Zaqatala üzrə 6, Şamaxı üzrə 8, Gədəbəy üzrə 11, Ağdaş üzrə 15, Qəbələ rayonu üzrə isə 19 bələdiyyənin birləşdirilməsi nəzərdə tutulur.