Soma mədənindən sağ qurtulan rəis həbs olundu
Somada 301 nəfərin ölümü ilə nəticələnən mədən
faciəsindən sonra başladılan istintaq çərçivəsində daha bir nəfər
həbs olundu.Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə
bu, fəciədən sağ xilas olmuş növbə rəisi İsmayıl
Adalıdır.
İsmayıl Adalı daha əvvəl mühakimə olunsa da məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçməmişdi. İstintaqı aparan Akhisar respublika prokurorluğunun etirazı ilə saxlanılan Adalı ötən axşam həbs olunub.
İsmayıl Adalı ilə birlikdə bu istintaq çərçivəsində həbs olunanların sayı 8 nəfərə çatdı.
Qeyd edək ki, İsmayıl Adalı mədən faciəsindən sağ çıxsa da ailəsinə xəbər verməmiş və iş yoldaşlarını xilas etmək üçün işə başlamışdı. Adalının ancaq 20 saat sonra mədənin qarşısında gözləyən atasına sağ olduğunu xəbər verdiyi bildirilir. Onun valideynləri ilə qəzadan 6 gün sonra görüşdüyünə şahid olan enerji və təbii sərvətlər naziri Taner Yıldız onun iş yoldaşlarını xilas etmək üçün göstərdiyi bu fədakarlıq qarşısında göz yaşlarını saxlaya bilməmişdi.