Dəhşətli qəza: sürücünün meyidi maşında əzildi
Bu gün səhər saatlarında Ucar rayonunda ölümlə
nəticələnən yol qəzası baş verib.
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Ucar rayonu, Qaradağlı kəndində Bakı-Qazax magistral avtomobil yolunun 254-cü kilometrliyində qeydə alınıb.
Belə ki, "Oka" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobildə olan 2 nəfər şəxsiyyətləri məlum olmayan sərnişin ağır bədən xəsarətləri alıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü 1983-cü il təvəllüdlü Hacıyev Zaur Namiq oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 08:53-də başa çatıb.