Əlaqə Arxiv
news Image
2014.05.31
16:10
| A A A
Sarkisyan labirintə necə salındı?
Astanada keçirilən sammitdən sonra Ermənistan və onun siyasi rəhbərliyi şok çekirirlər.Movqe.az Anspress-ə istinadən xəbər verir ki ,  Ermənistanın müstəqillik qatarı çoxdan gedib. "Bizim ölkəmiz ancaq imperialist Rusiyanın yox, hətta Azərbaycanın da oyuncağına çevrilib". Bunu "Jamanak" qəzeti yazır. 

Avrasiya İqtisadi Birliyi yaradılan Astanada Ermənistana ağır zərbə vuruldu. 

Bu sammitdə Qazaxıstan prezidenti Nazarbayev həmkarı İlham Əliyevin məktubunu oxudu. O Ermənistanın beynəlxalq miqyasda tanınan sərhədlərini nəzərə almağı qeyd etmişdi. 

"Bəs indi nə etmək olar? Avrasiya Birliyindən imtina edilməli, yoxsa Ermənistan ilə Dağlıq Qarabağ arasında nəzarət-buraxlış məntəqəsi qoymalı? Bütün bu suallara Astanada prezident Serj Sarkisyan cavab verməli idi. Amma görünür ki, o nə danışmaq lazım olduğunu sadəcə olaraq bilməyib. Daha doğrusu onun İlham Əliyevin tələblərinə cavabı olmayıb". Bunları qəzet yazıb. 

İndi ancaq Rusiya, Belarus və Qazaxıstanın nə edəcəyinə ümid etmək qalır. 

Düzdür, şokdan sonra özlərinə gələn bəzi rəsmi şəxslər hədələrlə bəyanat verməyə başladılar ki, guya Sarkisyan nə üçünsə Nazarbayevin cavabını verəcək. Amma politoloqlar hesab edirlər ki, Ermənistan bu gün cavab verməli yox, bu mürəkkəb vəziyyətdən necə çıxmağın yollarını düşünməlidir. 

Xatırladaq ki, Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən sonra dünyanın heç bir dövləti, o cümlədən rəsmi İrəvan bu qondarma dövlətini tanımayıb. Bəs əgər ölkə yoxdursa, o necə hansısa Birliyə daxil ola bilər?
Sizin Reklam Yeriniz