Qaz yox , əyləc yox , hər şeydən əhəmiyyətlisi bir sürücü belə yoxdur. Amma saatda 40 km sürətə çıxa bilir. Bu xüsusiyyətlər texnologiya nəhəngi Googlenin 4 ildir ki, üzərində çalışdığı elektrikli sürücüsüz avtomobilə aiddir .
Movqe.az xəbər verir ki , Google öz inkişaf etdirdiyi və hazırladığı elektrikli sürücüsüz avtomobilin ilk görüntülərini paylaşdı. Sürücüsüz avtomobildə sükan , qaz , əyləc , çarx kimi idarələr yoxdur.
Google üzərində çalışdığı bu prototip avtomobildən ilk mərhələdə 100 ədəd çıxarıb test etməyi planlaşdırır. Səlahiyyətlilər , " məqsədimiz bu texnologiyanı dünyaya etibarlı bir şəkildə təqdim etməkdir " deyərək vasitənin ola biləcək qəzalara qarışma riskini minimuma endirməyi qarşıya qoyduqlarını vurğulayır.
Şirkətin illərdir , normal avtomobilləri kameralar , sensorlar və istiqamət tapma qurğuları təchiz təkmilləşdirmələri etdiyi bilinirdi. Ancaq yeni bildirdikləri sürücüsüz vasitə layihəsi böyük bir gizliliklə icra edildi. Bu yeni vasitədə təcili vəziyyət dayandırma düyməsi xaricində , heç bir şəkildə insan müdaxiləsi olmayacaq.
Guardian xəbərinə görə Googlenin "öz-özünə gedə bilən avtomobil Proyektinin " başındakı ad Chris Urmson , avtomobillərin testlərini Googlenin da olduğu Kaliforniya bölgəsinə yaymaq olduğunu açıqladı. (Chris Urmson Googledən əvvəl Carnegie Mellon Universitetində robot alimi olaraq çalışmaqda idi. )
Urmson sürücüsüz avtomobil proyektinin yolları daha etibarlı hala gətirmək üçün irəliyə doğru atılmış əhəmiyyətli bir addım olduğunu ifadə etdi.
Ağıllı telefondan nəzarət edilə biləcək.
New York Timesin bildirdiyinə görə vasitə ağıllı telefon tətbiqinə sahib olacaq. İstifadəçilər bu tətbiqi istifadə edərək olduqları nöqtədən alınacaq və getmək istədikləri hədəfə buraxılacaq. Bu sayədə araya heç bir insan müdaxiləsi girmədən nəqliyyat təmin edilmiş olacaq. Google bu vasitələrlə birbaşa avtomobil istehsal işinəmi girəcək yoxsa avtomobil istehsalçılarını texnologiyasıyla dəstəkləməklə mi kifayətlənəcək kimi sualların cavabları hələ dəqiqləşmiş deyil.
Oyuncaq bir avtomobilə bənzəyən Googlenin 2 nəfərlik konsepti , saatda 40 km sürətə çata bilir və xəritə tətbiqinə sahibdir. Sensor sayəsində vasitənin olduğu mövqe kompüter tərəfindən təsbit edilir və Googlenin açıqladığına görə bir neçə yüz metr kənarını ' görə bilmə ' qabiliyyətinə sahibdir.
Məqsəd Nəqliyyat qəzalarında can itkinlərini azaltmaqdır.
Yol qəzaları Dünya ümumisindəki insan ölümlərinin başlıca səbəblərindən biridir. Dünya Sağlamlıq Təşkilatı ( WHO) yalnız 2012-ci ildə 1.3 milyon adamın yol qəzalarında həyatını itirdiyini açıqladı. Googlenin məqsədi yol qəzalarının ən əhəmiyyətli səbəblərindən biri olan ' insan faktorunu ' minimum səviyyəyə endirərək , yollardakı can itkinlərinin qarşısını almaqdır.
2050-də bütün vasitələrin sürücüsüz olacaq.
IHS Automotive Analitiki Egil Juliussen'e görə qarşıdakı illərdə sürücüsüz avtomobil sayının bazardakı yeri gedərək artacaq. Juliussen 2035-ci ildə yollardakı sürücüsüz avtomobillərin 11.8 milyona çatacağını 2050-ci ildə isə bütün vasitələrin sürücüsüz olacağını gözlədiklərini açıqladı.