Əlaqə Arxiv
news Image
2014.05.31
21:06
| A A A
Sabiq prezidentə 7 il həbs istəndi
Məhkəmə "Trabzonspor"un sabiq prezidenti Sadri Şənərə qarşı 7 il həbs istəyib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, sabiq prezidentin rəhbərliyi dövründə klubdakı pul dövriyyəsində korrupsiya halları olduğu təsbit edilib. Prokurorluq məsələ ilə bağlı iddianamə hazırlayıb. Hazırlanan 4 səhifəlik iddianamədə təəccüblü detallar yer alıb. 

"Trabzonspor"un tələbi ilə kluba gələn müfəttişlər apardıqları araşdırmalarda hüquqi məsləhət adı altındakı bəzi xərclərin sənədlərinin olmadığını təyin ediblər. 

Sadri Şener adına iş hesabı açıldığı və bir neçə nəfərə ödənişlər göndərildiyi, ancaq bu ödənişlərdə uyğunsuzluqlar olduğu ortaya çıxıb. Klubdan aylıq 434 min lirə vəkil xərci ödənildiyi, araşdırma dövründə isə cəmi 13 milyon 904 min lirə vəkil ödənişi edildiyi qeyd edilib. Sabiq prezident adına olan xərclər isə klubu 3 milyon 939 min TL borclandırıb.
Sizin Reklam Yeriniz