Əlaqə Arxiv
news Image
2012.04.07
12:36
| A A A
BMT-dən qorxulu rəqəmlər
890 milyon insan təbii fəlakətə qurban getmə riski altındadır

BMT baş katibinin müavini Jomo Kvame Sundaram dünyada şəhərləşməilə bağlı hesabatınıaçıqlayıb. Hesabatda qorxulu rəqəmlər öz əksini tapıb. Qeyd olunan hesabata görə, Afrikada şəhərlərdə yaşayan əhali 414 milyondan 1 milyard 200 milyona, Asiyada isə 1 milyard 900 milyondan 3 milyard 300 milyona çatacaq. Gələcək 38 ildə şəhər əhalisinin ən çox artacağı ölkələrin önündə Hindistan, Çin, Nigeriya, ABŞ İndoneziya gəlir. Hesabatı açıqlayan BMT rəsmisi bu vəziyyətinbütün dünya üçün yaradacağı çətinliklərə təhlükələrə diqqət çəkib. Sənəddəki məlumatlara görə, əhalisi bir milyondan çox olan şəhərlərin 60 faizi ən azı bir təbii fəlakətin baş verəcəyi bölgələrdə yerləşir. Bu isə o deməkdir ki, 890 milyon insan təbii fəlakətə qurban getmə riskiylə yaşayır.

Sizin Reklam Yeriniz