Əlaqə Arxiv
news Image
2014.12.26
14:55
| A A A
Dövlət qurumu 9 elektron xidmətini "Elektron hökumət" portalına inteqrasiya etdi

Movqe.az xəbər verir ki, Dövət Miqrasiya Xidməti (DMX) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində DMX-nin aşağıdakı 9 elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub və portal üzərindən DMX-nin göstərdiyi elektron xidmətlərin sayı 10-a çatıb:

- Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi

Azərbaycan Respublikasında vətəndaşlığına bərpa edilməsi

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması

Daimi yaşamaq üçün icazə

Əmək fəaliyyəti müddətinin uzadılması

Əmək fəaliyyəti üçün icazə

Miqrasiya orqanlarına qulluğa qəbul

Müvəqqəti yaşamaq üçün icazə

Onlayn ödəmə

Beləliklə, Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərarı ilə DMX üzrə təsdiq ediıən 11 e-xidmətin 10-u portala inteqrasiya edildi.

İstifadəçilər müraciətlərinin məzmununa uyğun olaraq seçim etməklə bu xidmətlərdən asanlıqla yararlana bilərlər. Bunun üçün portalda autentifikasiyadan keçərək, "Elektron Xidmətlər" bölməsini qeyd edib, DMX-nin müvafiq xidmətini seçmək lazımdır. Açılan səhifədə bu xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı, həmçinin PDF formatında müraciət formaları yerləşdirimişdir.

Beləliklə, cari ilin son ayı həm dəAzərbaycan vətəndaşları və miqrantlar üçün əhəmiyyətli olan bir çox xidmətlərin elektronlaşdırılaraq "Elektron hökumət" portalında istifadəyə verilməsi ilə əlamətdar oldu.

Sizin Reklam Yeriniz