Əlaqə Arxiv
news Image
2012.11.16
14:40
| A A A
McDonald`s rəhbərini dəyişir
Movqe.Az bildirir ki, Dünyanın ən böyük hamburger şəbəkəsi "McDonald's", ABŞ-dakı şirkətinin rəhbərini dəyişdirir. Son açıqlanan satış məlumatlarından məmnun qalmayan McDonald's rəhbərliyi, ABŞ-dakı şirkətinin bir nömrəli adı Can Fildsın yerinə Ceff Strattonu gətirmə qərarı alıb. Şirkət daxilində 35 il işləyən Filds, vəzifəsini 1 dekabra qədər davam etdirəcək. Yeni müdir isə 40 ildən çoxdur ki şirkətdə işləyir. Detroitdəki restoranda işə başlayan Stratton, 2001-ci ildə şirkətin qərb hissəsinin rəhbərliyini əlinə alıb. Şirkətin ABŞ-dakı dövriyyəsi keçən il 5.1 faiz, Avropada 14 faiz, Asiya-Sakit okean-Yaxın Şərq bölgələrində 19 faiz genişlənib. Şirkətin ABŞ-dakı satışları keçən ay 2.2 faiz geriləyib. Firmanın qazancı ilin üçüncü rübündə 3.5 faiz enib.
Sizin Reklam Yeriniz