İran:" Atəşkəs Qəzzanın uğurudur"
Movqe.az xəbər verir ki, İran xarici işlər
naziri Əli Əkbər Salehi İsraillə Fələstinli qruplar arasındakı
atəşkəsin Qəzzanın uğuru olduğunu söyləyərək Qəzza xalqını təbrik
edib. D-8 zirvəsi üçün Pakistanın paytaxtı İslamabadda olan Salehi,
Türkiyə, Misir, İndoneziya və Pakistan xarici işlər nazirləri ilə
etdiyi yığıncaqdan sonra jurnalistlərə verdiyi şərhdə,
"Qəzzanın son müvəffəqiyyətini təbrik edirəm. İsrail yaxşı bir dərs
aldı. Bir daha belə bir hücuma təşəbbüs etməyəcəyini ümid edirəm
"deyib. Salehi, İranın Suriya əhalisinin də gələcəklərini
özlərinin təyin etməsini istədiyini sözlərinə əlavə edib.