QOÇ

25 Aprel 2012 15:49 (UTC+04:00)
Sevgilinizlə görüşünüzü təxirə salmağınız məsləhətdir. Ona görə ki, bu görüşün nəticəsi heç də yaxşı olmayacaq. Gün boyunca hər cür gəzinti xeyrinizə olacaq. Əlbəttə, maliyyə vəziyyətinizi mütləq nəzərə almalısınız. Hamısından yaxşısı, diqqətinizi peşənizlə bağlı məsələlərin həllinə yönəldin.