PFL-dən klublara "ulduz" xəbərdarlığı

2 Avqust 2017 15:45 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında hər komandanın formasında ulduz olmayacaq.

Movqe.az-ın  goal.az-a istinadən məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlamasında ulduz sayının çempionluq sayına görə dəyişməyəcəyini bildirib:

“Bundan sonra yalnız 5 dəfə çempion olmuş komandanın formasında ulduz yer ala bilər”.

Bu qaydadan sonra yalnız “Neftçi” və “Qarabağ”ın formasında ulduz yer alacaq.