Paytaxtda yaşayış binasında yanğın olub - 6 nəfər təxliyə edilib

2 Avqust 2017 16:14 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında ümumi sahəsi 12 kvadratmetr olan köməkçi otaqda məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.