Bu il Azərbaycandan 3,1 milyard kubmetr təbii qaz ixrac edilib

3 Avqust 2017 13:37 (UTC+04:00)

Bu ilin ilk yarısında Azərbaycandan 3 milyard 180 milyon 646 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) movqe.az-a verilən məlumata görə, yanvar-iyun aylarında ixrac olunan təbii qazın dəyəri isə 527 milyon 932 min ABŞ dolları təşkil edib.