Sabunçuda dənizdə batan şəxs xilas edilib

5 Avqust 2017 19:45 (UTC+04:00)

Sabunçuda dənizdə batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. 

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 18:28-də başa çatıb.