FHN yataqxanada baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır

6 Avqust 2017 21:45 (UTC+04:00)

Avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.

Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.