Dənizdə batan iki şəxs xilas edilib

6 Avqust 2017 22:30 (UTC+04:00)

Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 19:55-də başa çatıb.